Maaşlar nə vaxtdan qalxır?

Maaşlar nə vaxtdan qalxır?
Bütün Xəbərlər
10:59 19.01.2015
1171
Prezident müəllimlərin maaşlarının artırılması haqqında sərəncam versə də, müəllimlər arasında bu artımın nə vaxtdan hiss ediləcəyi haqqında bəzi anlaşılmazlıqlar yaranıb.Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov ANS PRESS-ə açıqlamasında bildirib ki, müəllimlərin maaşları yanvar ayından etibarən prezidentin sərəncamına müvafiq olaraq - artırılmış formada hesablanacaq və veriləcək.Onun sözlərinə görə, prezidentin sərəncamından irəli gələn məsələləri həll etmək müəyyən vaxt aparacaq. "Amma bunların maaşların hesablanmasına heç bir aidiyyatı yoxdur".
OXŞAR XƏBƏRLƏR