Klubdan AZXEBER.COM-a verilən məlumata görə, macarıstanlı hücumameyilli yarımmüdafiəçi Alen Şkribek "ağ-qaralar"ın yeni üzvüdür. 25 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlanıb.
Bunadək yalnız vətənində çıxış etmiş Şkribekin sonuncu klubu ZTE olub. O, 2026/2027-ci illər mövsümündə Macarıstan çempionatının ilk 3 turunda bütün oyunlarda komandasının formasını geyinib, 3 məhsuldar ötürmə ilə yadda qalıb. Ötən mövsüm isə ZTE-nin heyətində ümumilikdə 37 matçda meydana çıxıb, 11 qol, 5 assist müəllifi olub.
Universal futbolçu olan Alen həm yarımmüdafiənin mərkəzində, həm də "10 nömrə" mövqeyində oynayır. Hər iki ayağı işlək olduğu üçün istər sağ, istərsə də sol vinger mövqelərini bağlaya bilir.











































