Macarıstanda LGBT fəaliyyətləri qadağan edildi

Macarıstanda LGBT fəaliyyətləri qadağan edildi
DÜNYA
15:07 15.04.2025
308
Macarıstanda parlament ölkədə uşaqların inkişafı və ictimai asayiş üçün LGBT-nin bütün fəaliyyətini qadağan edən konstitusiya dəyişikliyini təsdiq edərək ölkədə yalnız kişi və qadın cinslərinin tanınacağını bəyan edib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, baş nazir Viktor Orbanın tələbi ilə LGBT şəxslər tərəfindən təşkil edilən nümayişləri və bununla bağlı bütün tədbirləri qadağan edən konstitusiya dəyişikliyini müzakirə etmək üçün toplaşılıb.
 
Parlamentdə keçirilən səsvermədə 21 deputatın "xeyr” səsinə  qarşı 140 "bəli" səsi verilib.

Macarıstanda parlament həmçinin ölkədə yalnız kişi və qadının bioloji cinsiyyətinin tanınacağını açıqlayıb.

Martın 18-də Orbanın səsverməsindən sonra parlamentdə LGBT yürüşləri qadağan edilib.

Qeyd edək ki, Macarıstan 2020-ci ildə cinsiyyət dəyişdirilməsini qadağan etmişdi.
 
Oksana
OXŞAR XƏBƏRLƏR