Macarıstanlı futbolçu: "Qəbələ" hesabda önə keçəndə qorxmadıq"

Macarıstanlı futbolçu: "Qəbələ" hesabda önə keçəndə qorxmadıq"
İDMAN
19:17 27.07.2022
460
"Rəqib hesabda önə keçəndə qorxmadıq. Qalib gələcəyimizə əmin idim. Matçın əvvəlində tələsik, bəlkə də bir az əsəbi idik".

Bunu "Fehervar"ın futbolçusu Pal Dardai Macarıstanda "Qəbələ"yə 4:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu barədə "Nemzetisport"a müsahibəsində deyib.

23 yaşlı vinger buraxdıqları qolun onların xeyrinə olduğunu bildirib: "Ondan sonra öz bildiyimiz oyunu nümayiş etdirməyə başladıq. Matçın əvvəlində böyük şansı əldən verdim. Mövsümə qolla başlamaq yaxşı olardı".

Komandasının iki qolunda məhsuldar ötürmə ilə yadda qalan Dardai bunun üçün sevindiyini söyləyib: "Assistləri daha çox sevirəm. Çünki onlarsız nadir hallarda qol vurulur. Birinci ötürməni künc zərbəsindən verdim, amma ikincisi kifayət qədər gözəl alındı. Kənan Kodro isə bunu yüksək səviyyədə tamamladı".

Macarıstanlı oyunçu cavab görüşündə də yaxşı nəticə əldə etmək istədiklərini vurğulayıb. O bildirib ki, "Qəbələ" cavab matçında nəticəni öz xeyrinə dəyişə bilər, ona görə də ehtiyatlı olmalıdırlar: "Mövsümə yaxşı başlamışıq. Növbəti matçda da qaldığımız yerdən davam etməliyik. Futbolda hər şey ola bilər. "Liverpul" 1-2 il əvvəl İspaniyada "Barselona"ya 0:3 hesabı ilə uduzdu, daha sonra 4:0 hesabı ilə qalib gəldi. PSJ isə Fransada "Barselona"nı 4 cavabsız qolla üstələmişdi, hamı düşünürdü ki, katalonlar kənarda qaldılar. Lakin PSJ 6 qolla məğlub oldu. Azərbaycanda hər şey planlarımıza uyğun getməlidir. Biz rəqib meydanında da qalib gəlməyə çalışacağıq".

Qeyd edək ki, iyulun 28-də Qəbələ şəhər stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.
 
///Report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ermənistan Gümrüdəki məsələni bizim üzərimizə atır - Rusiya XİN
23:28 06.10.2026
Ermənistan Gümrüdəki məsələni bizim üzərimizə atır - Rusiya XİN
Bəqai ilə Almaniyanın İrandakı səfiri sülh və təhlükəsizliyi müzakirə ediblər
23:20 06.10.2026
Bəqai ilə Almaniyanın İrandakı səfiri sülh və təhlükəsizliyi müzakirə ediblər
FIBA Çempionlar Liqası: "Sabah" Litva klubuna uduzub
23:07 06.10.2026
FIBA Çempionlar Liqası: "Sabah" Litva klubuna uduzub
Dəm qazının qurbanı oldu - VİDEO
22:56 06.10.2026
Dəm qazının qurbanı oldu - VİDEO
Uşakov: Putin və Paşinyan arasında görüş barədə hələlik konkret razılaşma yoxdur
22:50 06.10.2026
Uşakov: Putin və Paşinyan arasında görüş barədə hələlik konkret razılaşma yoxdur
Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır
22:40 06.10.2026
Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır
Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişdi - VİDEO
22:33 06.10.2026
Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişdi - VİDEO
FIBA Avropa Kuboku: "Neftçi" müntəzəm mövsümdəki ilk oyunda məğlub olub
22:26 06.10.2026
FIBA Avropa Kuboku: "Neftçi" müntəzəm mövsümdəki ilk oyunda məğlub olub
Türkiyənin ailə və sosial xidmətlər naziri şəhidlərimizin həyat yoldaşları ilə görüşüb - FOTO
22:16 06.10.2026
Türkiyənin ailə və sosial xidmətlər naziri şəhidlərimizin həyat yoldaşları ilə görüşüb - FOTO
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib
22:10 06.10.2026
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib
Böyük Britaniya və Azərbaycan strateji tərəfdaşlıqda yeni mərhələyə keçir
22:03 06.10.2026
Böyük Britaniya və Azərbaycan strateji tərəfdaşlıqda yeni mərhələyə keçir
Macarıstanda 2027-ci ildən etibarən sərvət vergisi tətbiq olunacaq
21:57 06.10.2026
Macarıstanda 2027-ci ildən etibarən sərvət vergisi tətbiq olunacaq
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
21:49 06.10.2026
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
21:43 06.10.2026
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO
21:34 06.10.2026
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
21:28 06.10.2026
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb