'Made in China' - KÖŞƏ

KÖŞƏ
14:16 22.01.2012
1745
Ənvər Yavəroğlu  - Facebazar.az-ın rəhbəriBir il bundan əvvələ kimi mən də üzərində “Made in China” gördüyüm məhsullara qeyri-ixtiyari şübhə ilə yanaşırdım. Amma fikirlərim müəyyən əsaslara dayanaraq dəyişdi. Tələsməyin hamısını açıqlayacağam.Əvvəla qeyd edim ki, mənim ixtisasım iqtisadi idarə etmədir və aldığım təhsil sırf Biznesin Təşkili və İdarə edilməsi üzərində qurulub. Ən əsası isə iddialı şəkildə bildirməliyəm ki, 1999-cu ildən Azərbaycan bazarının tam dərinliklərindəyəm. Bu istər qara bazar olsun istərsə də rəsmi sənədlərlə ticari əməliyyatlar aparan şirkət müqavilələri olsun. Bunu gənc və xeyli təcrübəli iqtisadçı kimi öz müşahidələrimi sizə bildirəcəyim üçün qeyd edirəm. Bu il ikinci dəfə Çində oldum. Hong Kongdan bir neçə saat maşın yolu uzaqlığında, Bakımızdan isə 11 saatlıq təyyarə yolu uzaqlığında yerləşən Çinin Quan Ju şəhərində ticari əlaqələr üçün bir aydan çox müddət ərzində məskunlaşdım. Birinci onu deyim ki, Çinə gedəndə təyyarədə öz-özümə bizim Sumqayıt qədər bir yerə getdiyimi düşünürdüm. Urumçuya düşüb ikinci təyyarəni gözləyərkən, elə hava limanında da bu düşüncəmin real olacağına inanırdım və artıq mənzil başına çatmamış yorulub sıxılmağa başlayırdım. Qarşıda hələ beş saatlıq təyyarə yolu məni gözləyirdi. Nəhayət Çin Xalq Respublikasına çatdım. Gecəni oteldə keçirib səhər şəhərin ticarət mərkəzlərini gəzməyə başladım.Girdiyim hər dükan, gəzdiyim hər mağaza, gördüyüm hər satıcı məni heyrətləndirirdi. Bunlar mənim görməməzliyimdən irəli gəlmirdi. Sadəcə hər bir satıcının üzündə səmimiyyət, hər bir dükanda yenilik, hər bir işçinin daxilindəki iş sevgisini görürdüm. Özünü marketoloq bilən mən marketinqin təcrübəsini bu otuz beş gündə yaşadım. Yol kənarından tutmuş ən üstün plazalarda olan hər bir şəxs cavabdeh olduğu iş üçün o qədər ürəkdən səy göstərirdi ki, heyrətlənməmək mümkün deyildi. Çox səmimi etiraf edirəm, fəhlələrindən tutmuş mağaza müdirlərinə kimi hamısının bu iş sevgisini qısqandım.Çoxlarımız Çin malları haqda hədsiz yalnış fikirlərdəyik. Dönüb bir tarixə nəzər yetirsək, görərik ki, Çin dünən, keçən il ya da keçən əsrdə qurulan bir dövlət deyil. Dünyada bir çox mühüm ixtiraların müəllif ölkəsidir. Yadımda qalan kağız, kətan parçalar, kompas, kitab kimi dünyanın taleyini dəyişdirən məmulatlardır. Əlbəttə ki, bu siyahıya yüzlərlə məhsul əlavə etmək olar. İndinin özündə də hər hansı bir yenilik görəndə bu ifadəni mütləq işlədirik: “Yenə də Çin! Gör nələr edir!”. Aha, düzdür edir, çünki dayanmadan yenilik axtarışındadır, fəaliyyətdədir.İndi əsas məsələyə, malların keyfiyyət məsələsinə toxunmaq istəyirəm. Statistik məlumatlarla sizi yormaq fikrim yoxdur. Hamımızın bildiyi bir faktı misal üçün çəkə bilərəm ki, dünyanın ən məşhur şirkətlərinin belə istehsal mətbəxi Çindədir və oradaki ən böyük ticarət mərkəzlərində alış-veriş edənlərin əksər faizi amerikalılar və avropalılar və ərəblərdir. Sizcə onlar özlərinə hörmət etmirlər?! Əlbəttə edirlər. Çində istənilən keyfiyyətdə məhsul vardır. Hər bir malı müştərinin təbəqəsinə uyğun düşünüblər. Sadəcə bizim bəzi ticarət adamlarımız…Ardı var…
OXŞAR XƏBƏRLƏR