xari

Madonnanın 19 milyon dollara aldığı evin görüntüləri yayıldı - VİDEO

MAQAZİN
13:25 16.04.2021
579
Məşhur dünya ulduzu Madonna 19,3 milyon dollara dəbdəbəli villa alıb. 

AZXEBER.COM Qərb mətbuatına istinadən xəbər verir ki, saray kimi nəhəng evdə 9 yataq otağı, hovuz, basketbol meydançası var. 

1100 metrlik sahədə yerləşən malikanənin 9 böyük və 2 kiçik vanna otağı var. 

Malikanənin əsas binasında 7 yataq otağı, qonaqlar üçün nəzərdə tutulan binasında isə 2 yataq otağı yerləşir. 

65 yaşlı pop ulduzun evində həmçinin kinozal, 5 ədəd qaraj, şərab anbarı, idman zalı xüsusi dizaynla hazırlanıb. 

Madonnanın yeni qonşuları arasında Drake, Dwyane  Wade and Gabrielle Union, Lil Wayne, John Stamos, Lori Loughlin və başqa tanınmış məşhurlar var.
 
Nərmin Məmmədli
 

OXŞAR XƏBƏRLƏR