“Magistr və doktorantların hərbi xidmətdən azad edilməsindən söhbət gedə bilməz”
GƏNCLİK
21:45 14.10.2011
1985
“İndiki halda Azərbaycanda magistr və doktorantların hərbi xidmətdən tam azad edilməsindən söhbət gedə bilməz”. Bu fikri Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib.Ş.Hacıyev bildirib ki, bu gün magistr və doktorantlara yalnız hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi müzakirə oluna bilər. “Magistrlərə hərbi xidmətdən möhlət hüququnun verilməsi ilə bağlı çoxlu sayda müraciət daxil olub. Ola bilər ki, “Elm siyasəti haqqında” qanun layihəsi qəbul olunarkən magistrlərə hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi müzakirə olunsun. Amma doktorantlara hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi “Elm siyasəti haqqında” qanun layihəsində öz əksini tapıb”,-deyə Ş.Hacıyev vurğulayıb.Onun sözlərinə görə, yaxın həftələrdə komitədə “Elm siyasəti haqqında” qanun layihəsinin müzakirəsinə başlanılacağı gözlənilir.