Magistratura imtahanına gecikənlərə yenidən şans veriləcək - VİDEO

Magistratura imtahanına gecikənlərə yenidən şans veriləcək - VİDEO
SOSİAL
22:41 18.05.2026
617
Ötən gün intensiv yağış hərəkəti çətinləşdirməklə yanaşı, imtahan prosesinə də mənfi təsir göstərib.
Yağış imtahana gedən yüzlərlə bakalavrın gecikməsinə səbəb olub. Gecikənlər isə imtahan binasına buxarılmayıblar.
Bəs, müəyyən olunan saatdan gec çatan tələbələrin aqibəti necə olacaq? Onların yenidən imtahan verməsi nəzərdə tutulubmu? 

AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumatına görə, Dövlət İmtahan Mərkəzininin mətbuat katibi Xanlar Xanlarzadə dən bildirib ki, əlverişsiz hava şəraiti ilə əlaqədar baş verən fors-major hal nəzərə alınaraq Bakı, Abşeron və Sumqayıt şəhərlərində magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək.

Bəs imtahanda iştirak edə bilməyən bakalavrlar yenidən ödəniş edəcəklərmi?
 
Dövlət İmtahan Mərkəzinin rəsmisi onu da əlavə etdi ki, 17 may tarixli imtahanda iştirak etmək üçün buraxılış vərəqəsini əldə etmiş, lakin əlverişsiz hava şəraiti ilə bağlı  imtahanda iştirak etməmiş bakalavrlar üçün bu imtahan ödənişsizdir. Digər bakalavrlar isə istədikləri təqdirdə müvafiq qaydada ödəniş etməklə imtahanda yenidən iştirak edə bilərlər.

Onun sözlərinə görə, ötən gün yağış səbəbindən həmin regionlar üzrə qeydiyyatdan keçən 19 min 746 iştirakçıdan ilkin məlumatlara əsasən, təxminən 17 min 912 nəfəri imtahanda iştirak edib. Bu da nəzərdə tutulan ümumi sayın 90,7%-ni təşkil edir.

OXŞAR XƏBƏRLƏR