Azərbaycanda 2013/2014-cü tədris ili üçün ali məktəblərin magistratura pilləsinə ixtisas seçimi başa çatıb. Müsabiqədə iştirak etmək üçün ixtisaslaşma seçimi internet vasitəsi ilə aparılıb. Müsabiqəyə yalnız ixtisaslaşma seçimini edib təsdiqləyən bakalavrlar buraxılıblar.Magistraturaya qəbul imtahanında iştirak edən 11274 bakalavrdan 8996 nəfəri müsabiqə şərtini ödəyərək ixtisas seçiminə buraxılıb.