Ali təhsil müəssisələrinin magistraturalarına ixtisaslaşma seçimi bu gün saat 12:00-dan etibarən başa çatıb. Dövlət Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZXEBER.COM-a verilən məlumata görə, ixtisaslaşma seçimində imtahanın ikinci mərhələsindəki nəticələri və ümumi balı TQDK tərəfindən müəyyən edilmiş minimal tələbləri ödəyən bakalavrlar iştirak ediblər.İxtisaslaşma seçiminə müsabiqə şərtlərini ödəyən 6861 bakalavr buraxılıb. Onlardan 6663 nəfəri internetlə ixtisasllaşma seçimi edərək təsdiqləyiblər.