Magyar: Macarıstan Rusiyadan enerji asılılığını azaltmağı planlaşdırır

Magyar: Macarıstan Rusiyadan enerji asılılığını azaltmağı planlaşdırır
DÜNYA
05:12 12.10.2026
192
Macarıstan Rusiyadan neft və təbii qaz tədarükünü azaltmaq niyyətindədir, lakin Budapeşt yaxın perspektivdə Rusiya enerji resurslarından tam imtina etməyin mümkün olmadığını qəbul edir.

Bu barədə Macarıstanın Baş naziri Peter Magyar Finlandiyanın "Helsingin Sanomat” qəzetinə müsahibəsində bildirib.
Baş nazir hökumətinin Rusiyadan enerji asılılığının aradan qaldırılması istiqamətində fəaliyyət göstərəcəyini təsdiqləyib.

Onun sözlərinə görə, Macarıstan Rusiya enerji resurslarına alternativ tədarük mənbələri və marşrutlar axtarmağa davam edir.

"Lakin biz Rusiyadan enerji asılılığından bir gecədə xilas ola bilmərik”, – Magyar vurğulayıb.
 
///apa.az///
OXŞAR XƏBƏRLƏR