10:41 çərşənbə, 16 Oktyabr 2019
Maqazin

Mahirdən atasına cavab: “Evin kupçasını göstərsin"

17:33, 11.09.201913329
Mahirdən atasına cavab: “Evin kupçasını göstərsin
Bu gün "Qarabağ” futbol klubunun oyunçusu Mahir Əmrəlinin yaşadığı evdə soyğunçuluq hadisəsi baş verib. Mahirin atası Anar Mədətov evin Mahirə aid olmadığını və 24 saat mühafizə olunduğunu deyib.
 
AZXEBER,COM məsələ ilə bağlı futbolçu ilə əlaqə saxlayıb. O məsələnin polis tərəfindən araşdırıldığını deyib: "Bu haqda danışmaq istəmirəm. Polislər tərəfindən məsələ araşdırılır, istintaq sirri olduğundan bu haqda məlumat verə bilmərəm. Qaldı ev məsələsinə. Əgər ev ona məxsusdursa evin kupçasını göstərsin".
 
Qeyd edək ki, Mahir anası Elnurə ilə yolların ayıran Anar Mədətovun soyadından da imtina edib.
 
Nazim Qasımzadə
XƏBƏR LENTİ