Mahmud Məmmədquliyev: 'Şirkətlərimiz rəqabətə hazır olmalıdır'

İQTİSADİYYAT
22:38 12.12.2012
4655
“Azərbaycan şirkətləri rəqabətə hazır olmalıdır”. Bu bəyanat Azərbaycanın Ümumdünya Ticarət Təşkilatı ilə müzakirələr keçirən dövlət komissiyasının rəhbəri Mahmud Məmmədquliyevə məxsusdur. Rəsmi Bakı ilə bu qurum arasında Cenevrədə keçirilən son danışıqları şərh edən xarici işlər nazirinin müavini deyib ki, Azərbaycan gərək bu quruma elə üzv olsun ki, ölkə iqtisadiyyatına zərər dəyməsin.M.Məmmədquliyev bildirib ki, Azərbaycan hökuməti ilə ÜTT arasında üzvlüklə bağlı müzakirələr çərçivəsində keçirilən sonuncu görüş faydalı olub və Azərbaycan ona qarşı irəli sürülən təklifləri dəyərləndirir. Onun sözlərinə görə, danışıqlarda Azərbaycan özü də təkliflərlə çıxış edir. Bura ilk növbədə kənd təsərrüfatı sahəsinin dəstəklənməsi daxildir.Bəzi ekspertlərin Azərbaycan ÜTT-yə tezliklə üzv olarsa, daxili bazarın zərər görəcəyi ilə bağlı fikirlərini də şərh edən nazir müavini yerli şirkətlərə bəri başdan xəbərdarlıq edib: “Biz bazar iqtisadiyyatı yolunu seçmişik. Bu, rəqabət tələb edir. Amma biz üzv olandan sonra bu rəqabət daha da güclənəcək. Şirkətlər hazır olmalıdır. Amma biz də gərək elə üzv olaq ki, zərər dəyməsin”.Azərbaycanın ÜTT ilə üzvlüklə bağlı apardığı danışıqlarda Ermənistanın mövqeyi xüsüsilə maraq doğurur. Mahmud Məmmədquliyevin sözlərinə görə, Azərbaycan quruma üzv olarsa, digər üzv dövlət olan Ermənistanla əməkdaşlığa məcbur edilə bilməz: “Orada bir bənd var, siyasi təhlükəsizlik məsələləri əsas götürərək dövlətlər əməkdaşlıqdan imtina edə bilər. Ermənilər bizim müzakirələrə gəlirlər, otururlar, amma nə bir sual verirlər, nə də bir söz deyirlər”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir