Makedoniyalı İsgəndərin babasının qızılları tapıldı

Makedoniyalı İsgəndərin babasının qızılları tapıldı
Bütün Xəbərlər
09:20 13.11.2012
1573
Bolqarıstanda aparılan arxeoloji qazıntılar zamanı Sveştari kəndinin yaxınlığındakı məzarlıqda qədim Frakiya pulları və zinət əşyaları tapılıb.Alimlər bu tapıntının ən azı 2400 il yaşı olduğunu bildirirlər.Tapılmış artefaktlar arasında şirlər və mifik heyvanların fiqurları olan tac, üzüklər və qolbaqlar da vardır. Onların hamısı Qədim Frakiyada yaşamış savaşqan gettlərin 150 məqbərəsi arasındakı ən böyük məzarlıqda tapılıb. BetaNews.bg bildirir ki, tapıntılar arasında qızıl üzüklər, 44 qadın fiquru və 100-ə yaxın qızıl düymə də var.
Ekspedisiyanın rəhbəri, arxeoloq Diana Gerqovanın dediyinə görə, məqbərə gettlərin çarı Kotelasın məzarı ola bilər. Qədim Frakiya Balkan yarımadasının şərqində, çağdaş Yunanıstan, Bolqarıstan, Rumıniya, Makedoniya və Türkiyənin Avropa hissəsinin ərazisində yerləşirdi.Frakiya çarı Kotelas Makedoniyalı İsgəndərin atası 2-ci Makedoniyalı Filippin qaynatası idi.
//AzərTac
OXŞAR XƏBƏRLƏR