Makron: Avropa Rusiya ilə danışıqlar təşəbbüsünü yenidən öz üzərinə götürməlidir

Makron: Avropa Rusiya ilə danışıqlar təşəbbüsünü yenidən öz üzərinə götürməlidir
DÜNYA
19:59 12.11.2026
81
Avropa Rusiya ilə müzakirələr təşəbbüsünü yenidən öz üzərinə götürməli, Ukraynada sülhün əldə olunması və gələcək təhlükəsizlik arxitekturası ilə bağlı vahid mövqe formalaşdırmalıdır.

Bunu Fransa Prezidenti Emmanuel Makron Avropa Siyasi Birliyinin sammiti çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

O, Ukraynada atəşkəs və davamlı sülh üçün hər bir fürsətdən istifadə edilməsinin vacibliyini vurğulayıb.

"Hesab edirəm ki, hər dəfə atəşkəs əldə etmək və bunun əsasında davamlı sülh qurmaq imkanı yarandıqda, ondan istifadə etməyə çalışmaq lazımdır”, – Makron qeyd edib.

Fransa Prezidenti bildirib ki, Avropa ilk növbədə Ukrayna və öz gələcəyi ilə bağlı nə istədiyini aydın şəkildə müəyyənləşdirməlidir. Onun sözlərinə görə, danışıqların formatı qarşıya qoyulan məqsədlərdən və müzakirələrin məzmunundan asılı olmalıdır.

Makron vurğulayıb ki, Avropa Rusiya ilə dialoq təşəbbüsünü yenidən ələ almalıdır. O əlavə edib ki, bunun üçün əvvəlcə Avropanın sülh planı və gələcək təhlükəsizlik arxitekturası ilə bağlı mövqeyi dəqiqləşdirilməlidir.

Fransa lideri, həmçinin, bu gün bir sıra ölkələrin və Avropa institutlarının nümayəndələrinin Əbu-Dabidə olduğunu xatırladıb. Onun sözlərinə görə, bu iştirak amerikalı və rusiyalı nümayəndələr arasında dialoqun əvvəlcədən koordinasiyası ilə bağlı olub.

Makron Ukraynaya dəstək məqsədilə yaradılmış "İstəklilər Koalisiyası”nın fəaliyyətinə də toxunaraq, Fransa, Böyük Britaniya və Almaniyanın bu təşəbbüsdə birgə iştirakını qeyd edib.

O, bir qədər sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə də danışmaq imkanı olacağını bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında - FOTO
20:16 12.11.2026
İlham Əliyev Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında - FOTO
İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
20:11 12.11.2026
İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
20:06 12.11.2026
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
20:00 12.11.2026
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Makron: Avropa Rusiya ilə danışıqlar təşəbbüsünü yenidən öz üzərinə götürməlidir
19:59 12.11.2026
Makron: Avropa Rusiya ilə danışıqlar təşəbbüsünü yenidən öz üzərinə götürməlidir
"Ukraynada sülh və Avropanın təhlükəsizliyi üçün prinsipləri dəqiq müəyyən etmək lazımdır"
19:12 12.11.2026
"Ukraynada sülh və Avropanın təhlükəsizliyi üçün prinsipləri dəqiq müəyyən etmək lazımdır"
Aİ Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcək
18:46 12.11.2026
Aİ Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcək
"Mançester Yunayted” baş məşqçi Maykl Kerriki istefaya göndərib
18:32 12.11.2026
"Mançester Yunayted” baş məşqçi Maykl Kerriki istefaya göndərib
İrlandiya Baş naziri: Ukrayna ilə bağlı görüş keçiriləcək
18:20 12.11.2026
İrlandiya Baş naziri: Ukrayna ilə bağlı görüş keçiriləcək
Putin Kremldə Trampın xüsusi elçiləri Uitkoff və Kuşneri qəbul edib
17:45 12.11.2026
Putin Kremldə Trampın xüsusi elçiləri Uitkoff və Kuşneri qəbul edib
Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusu bağlandı
17:39 12.11.2026
Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusu bağlandı
İrlandiyanın Baş naziri: Rusiyanın bu müharibəni dayandırmasının vaxtı çoxdan çatıb
17:21 12.11.2026
İrlandiyanın Baş naziri: Rusiyanın bu müharibəni dayandırmasının vaxtı çoxdan çatıb
Bişkekdə Zəfər Günü qeyd olundu - FOTOLAR
17:16 12.11.2026
Bişkekdə Zəfər Günü qeyd olundu - FOTOLAR
Putin: Ukraynadakı xarici qoşunlar Rusiya üçün qanuni hədəf olacaq
17:11 12.11.2026
Putin: Ukraynadakı xarici qoşunlar Rusiya üçün qanuni hədəf olacaq
Bakıda məşhur restoranda təhlükəli bakteriyalar aşkarlandı - FOTOLAR
17:01 12.11.2026
Bakıda məşhur restoranda təhlükəli bakteriyalar aşkarlandı - FOTOLAR
Dünyanın ən qəribə 5 sərhədi: Bir evdə iki ölkə, bir adada iki dövlət
16:53 12.11.2026
Dünyanın ən qəribə 5 sərhədi: Bir evdə iki ölkə, bir adada iki dövlət