Makron: İrəvan və Bakı arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edirəm

Makron: İrəvan və Bakı arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edirəm
SİYASƏT
17:24 11.08.2025
285
Fransa ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişini alqışlayır.
 
Fransa Prezidenti Emmanuel Makron bunu Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığını şərh edərkən "X" hesabında yazıb.

"Mən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması məqsədilə ABŞ-nin iştirakı ilə razılaşmanın əldə edilməsini bir daha alqışladım. Mən bu razılaşmanın tezliklə hər bir tərəfin maraqlarını nəzərə alan sülh sazişinin imzalanmasına və ratifikasiyasına gətirib çıxaracağına ümidvar olduğumu bildirdim", - Makron bildirib.

Fransa Prezidenti bütün regional iştirakçılar və tərəfdaşlarla əməkdaşlıq çərçivəsində qarşılıqlı əlaqələrin gücləndirilməsi də daxil olmaqla, cari səylərə dəstək və töhfə verməyə hazır olduğunu vurğulayıb.
 
\report
OXŞAR XƏBƏRLƏR