Maktəbli uşaq Şəmkirin icra başçısı oldu

Maktəbli uşaq Şəmkirin icra başçısı oldu
Bütün Xəbərlər
21:18 01.06.2015
4406
"Bir Günlük Xəlifə"
Şəmkirin icra başçısı dəyişdirildi... Ancaq bir günlük. Belə ki, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Şəmkirdə reallaşan "Bir Günlük Xəlifə" adlı layihə çərçivəsində məktəbyaşlı uşaqlar icra başçısının və müxtəlif rəhbər şəxslərin səlahiyyətlərini icra ediblər.
AZXEBER.COM Kəpəz TV-yə istinadən xəbər verir ki, uşaqlar günü münasibəti ilə Qərb bölgəsinin digər rayonlarında müxtəlif məzmunlu tədbirlər təşkil olunub. Uşaqlar müxtəlif xatirə hədiyyələri ilə mükafatlandırılıblar.
Samuxda Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunan tədbirdə rayonun 16 məktəbəqədər müəssisəsi iştirak edib. Aztəminatlı və imtiyazlı ailələrin övladları, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqlar da diqqətdən kənarda qalmayıb. Tədbirdə uşaqlar üçün yaradılan şəraitdən, onların vaxtının səmərəli təşkilindən söhbət açılıb. Bildirilib ki, gələcəyimiz olan uşaqların sağlam ruhda böyüməsi üçün məktəbəqədər tərbiyə müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir. Bu il əsaslı şəkildə yenidən qurulan və müasir avadanlıqlarla təchiz olunan 3 saylı uşaq bağçası-körpələr evi də yenilikləri ilə diqqət çəkir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə rayonda 2 körpələr evi-uşaq bağçasının inşası başa çatdırılıb. Yaxın günlərdə hər iki tərbiyə ocağı qapılarını balacaların üzünə açacaq. Bayram tədbirində uşaqların ifasında rəqslər, şeirlər maraqla qarşılanıb.
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü Göygöl rayonunda da qeyd edilib. Xüsusi olaraq zövqlə bəzədilən istirahət parkı uşaqların sevincinə səbəb olub.
Göygöldə də həmyaşıdlarımız bayramlarını böyük fərəh hissi ilə qeyd edirlər. Onları təbrik etmək üçün bu məkana yüzlərlə rayon sakini toplaşıb.
Çıxış edənlər balacaları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzulayıblar. Göygöldə fəaliyyət göstərən 18 məktəbəqədər müəssisədə 750 uşaq tərbiyə alır. Son illər ərzində 6 körpələr evi-uşaq bağçası yenidən qurulub. Hazırda rayon mərkəzində daha 2 yeni bağçanın inşası aparılır. Bundan başqa, rayonda Uşaq və Ailələrə Dəstək Mərkəzi də mövcuddur. Həmin mərkəzdən xüsusi qayğıya ehtiyacı olan uşaqlarla yanaşı, aztəminatlı və imtiyazlı ailələrin övladları da yararlanırlar. Burada balacaların intellektual bacarıqlarının artırılması üçün hər cür imkanlar yaradılıb. Tədbir geniş konsert proqramı ilə davam edib. İştirakçılar milli musiqilərin sədaları altında parkı gəzərək uşaqların əl işlərindən ibarət rəsm sərgisinə tamaşa ediblər.
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Şəmkir Rayon İcra Hakimiyyətində də uşaqlarla görüş keçirilib, onlara hədiyyələr təqdim olunub. İstirahət parkında təşkil olunan bayram tədbirində isə balacaların əl işləri və çıxışları alqışlarla qarşılanıb.
Qeyd edək ki, Şəmkir əhalisinin təxminən 47 minini uşaqlar təşkil edir. Onlardan 3000 nəfəri uşaq bağçalarında tərbiyə alır. Məktəb yaşlı uşaqların sayı isə 30 000 nəfərdir. Son illər rayonda məktəbəqədər və məktəbdənkənar müəssisələrin yenilənməsi işi sürətləndirilib. Şəmkir şəhərində Oksford məktəbinin nəzdində müasir tələblərə cavab verən uşaq bağçası-körpələr evi inşa edilib. Hazırda Kür qəsəbəsində uşaq bağçası-körpələr evinin mövcud binasında əsaslı təmir işləri davam etdirilir, yaxın vaxtlarda balacaların ixtiyarına veriləcək. 1 iyun - Beynəlxalq Uşaqların Müdafiəsi Günündə Şəmkirdə “Bir günlük xəlifə” adlı layihə də reallaşıb. Layihə çərçivəsində hər bir uşaq müxtəlif rəhbər vəzifəni icra edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
02:01 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
01:57 09.08.2025
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
01:55 09.08.2025
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
01:54 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
01:47 09.08.2025
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
01:46 09.08.2025
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
01:45 09.08.2025
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
01:32 09.08.2025
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
01:30 09.08.2025
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
01:27 09.08.2025
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
01:26 09.08.2025
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
01:23 09.08.2025
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
01:21 09.08.2025
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
01:18 09.08.2025
İlham Əliyev: 907-ci düzəlişin ləğvi tarixi hadisədir
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
01:14 09.08.2025
Nikol Paşinyan: Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır
01:09 09.08.2025
Ermənistanın Baş naziri: Sülh sazişi iki ölkə arasında yeni mərhələnin açılmasıdır