Maliyyə Nazirliyi: Keçmiş “Sovetski” sakinlərinin iddialarının əsası yoxdur

Maliyyə Nazirliyi: Keçmiş “Sovetski” sakinlərinin iddialarının əsası yoxdur
İQTİSADİYYAT
17:32 20.04.2021
587
Maliyyə Nazirliyi Bakının Yasamal rayonunun keçmiş "Sovetski” adlanan ərazisində vaxtilə yaşamış bir qrup sakinin səsləndirdiyi iddialara münasibət bildirib.

AZXEBER.COM xəbər verir ki, nazirliyin açıqlamasında deyilir:

"Sovetski”dən vaxtilə könüllü razılıq əsasında köçmüş, indi isə tərəflərin razılığı ilə bağlanmış alqı-satqı müqavilələri əsasında satın alınan evlərinə görə onlara edilən ödənişlərin guya natamam hesablanması, evlərin düzgün ölçülməməsi, kompensasiya məbləğinin azaldılması, habelə həmin ərazidə torpaq sahələri üzrə mülkiyyət hüquqlarının pozulmasına dair bir qrup keçmiş sakinin səsləndirdikləri iddiaların heç bir əsası yoxdur.

Ərazidə alınma və köçürmə işlərini torpaqların dövlət ehtiyacları üçün alınması haqda qanunvericiliyə, o cümlədən Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq alan orqan kimi müəyyən edilmiş Yasamal Rayon İcra Hakimiyyəti (RİH) icra edib, Maliyyə Nazirliyi isə alınma işlərində nəzarət orqanı qismində iştirak etməklə prosesə nəzarət edib.

Köçürülmə ərazisinə düşən daşınmaz əmlaklar üzrə qiymətləndirmə "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna uyğun olaraq, bu işlərə cəlb edilmiş müstəqil qiymətləndirici şirkət tərəfindən sözügedən ərazidə mövcud bazar qiymətləri öyrənilməklə aparılıb. Hesablanmış məbləğlər Yasamal RİH-in sakinlərlə ilkin razılaşma əldə etdikdən sonra notariat qaydada alqı-satqı müqavilələri bağlanmaqla müvafiq banklarda mənzillərin sahiblərinin adlarına açılmış hesablara köçürülüb və heç bir əlavə xərc olmadan hesablanmış məbləğlər həmin şəxslər tərəfindən bütünlüklə alınıb. Və bununla əlaqədar alqı-satqı dövründə sakinlər tərəfindən heç bir irad bildirilməyib. Hər bir sakinlə bağlanmış əqdlərin sürətləri bu gün də mövcuddur və istənilən şəxs həmin alqı-satqı müqavilələri ilə tanış ola bilər.

Vəsaitlərini götürən bütün sakinlərə evlərindən yeni mənzillərinə köçmək üçün ən azı bir ay müddət və əlavə olaraq hər bir ailəyə 1 000 manat köçmək üçün vəsait ödənilib.

Bundan başqa, köçürülmə zamanı torpaq sahələrinin onların xüsusi mülkiyyətində olmasına dair müvafiq sənədlər təqdim edən sakinlərə əlavə kompensasiya hesablanaraq ödənilib.

Maliyyə Nazirliyi bir daha bəyan edir ki, könüllü razılıq əsasında notarial qaydada bağlanan əqdlərə uyğun olaraq köçürülmüş həmin şəxslərin xeyli müddətdən sonra yenidən peyda olaraq şikayətlər səsləndirmələri, bəzi şəxslər tərəfindən koordinasiya olunaraq dövlət qrumlarının qarşısına toplaşmaları, dəfələrlə şifahi və yazılı qaydada onlara izahat verilməsinə baxmayaraq Yasamal RİH və Maliyyə Nazirliyindən əlavə vəsait tələb etmələri, mətbuatda və sosial şəbəkələrdə dövlət orqanlarına, ayrı-ayrı vəzifəli şəxslərə qarşı iradlar səsləndirmələri tam əssasızdır və həqiqəti əks etdirmir.

Bununla yanaşı qeyd olunmalıdır ki, sözügedən alqı-satqı müqavilələri hazırda qüvvədədir və onların şərtləri müqavilə tərəfləri üçün məcburi xarakter daşıyır. Qanunvericiliyə uyğun olaraq müqavilələrin, o cümlədən alqı-satqı müqavilələrinin məcburi qaydada dəyişdirilməsi və yaxud ləğv edilməsi müvafiq məhkəmələrin səlahiyyətindədir.

Eyni zamanda "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanun da alınmanın təsirinə məzur qalmış şəxslərin məhkəmə müdafiəsinə təminat verir.

Göstərilənlərə əsasən keçmiş "Sovetski” adlanan ərazinin sakinləri olmuş vətəndaşlarımızı ictimai qaydanın və aşayişin pozulması ilə müşaiyət olunan destruktiv fəaliyyətdən, bir qrup şəxslərin təhriki ilə əlavə vəsait tələb etməkdən çəkinməyə çağırır və iddia tələbləri ilə bağlı müvafiq məhkəmələrə müraciət etmələrini tövsiyə edirik.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
13:56 11.06.2026
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
13:46 11.06.2026
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
13:44 11.06.2026
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
13:34 11.06.2026
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
13:30 11.06.2026
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
13:28 11.06.2026
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
13:21 11.06.2026
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
13:20 11.06.2026
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
13:18 11.06.2026
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
13:13 11.06.2026
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
13:01 11.06.2026
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
12:38 11.06.2026
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
12:35 11.06.2026
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
12:34 11.06.2026
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir
12:28 11.06.2026
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir
5 gün yağış yağacaq - Xəbərdarlıq
12:25 11.06.2026
5 gün yağış yağacaq - Xəbərdarlıq