Nazirlik məlumat yaydı.
Qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidir.
Bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.
“Qeyri-hökumət təşkilatları mövcud qanunvericiliyə əsasən, maliyyə vəziyyəti, maliyyə fəaliyyətinin nəticələri, haqqında əhəmiyyətli uçot siyasəti və izahlı qeydləri nazirliyə təqdim etməlidirlər”- deyə, nazirliyin məlumatında deyilir.
Xatırladaq ki, bundan başqa maliyyə fəaliyyətinin olmaması barədə ayrıca arayış forması təsdiq edilib və qeyri-hökumət təşkilatının maliyyə fəaliyyəti olmadığı təqdirdə yalnız həmin, nazirliyin təqdim etdiyi forma doldurularaq Maliyyə Nazirliyinə verilməlidir.//oxu.az