"Mançester Siti"dən "Liverpul"a üç cavabsız qol

"Mançester Siti"dən "Liverpul"a üç cavabsız qol
İDMAN
21:46 11.10.2026
200
"Mançester Siti" İngiltərə Premyer Liqasının 6-cı turunda "Liverpul"u böyük hesabla məğlub edib.

"Enfild" stadionunda keçirilən görüşdə hesab 65-ci dəqiqədə Erlinq Holandın qolu ilə açılıb. Cəmi üç dəqiqə sonra Jeremi Doku fərqi iki topa çatdırıb. 78-ci dəqiqədə Rayan Şerki "şəhərlilər"in üçüncü qolunu vuraraq yekun hesabı müəyyənləşdirib.
 
Qeyd edək ki, 62-ci dəqiqədə "Liverpul"un futbolçusu Rayan Qravenberx qırmızı vərəqə alaraq meydandan qovulub.

Bu qələbədən sonra xallarını 18-ə çatdıran "Mançester Siti" turnir cədvəlinə başçılıq edir. Doqquz xalı olan "Liverpul" isə doqquzuncu pillədə qərarlaşıb.
 
///oxu.az///
OXŞAR XƏBƏRLƏR