"Mançester Yunayted" baş məşqçisini istefaya göndərməyi qərara alıb

İDMAN
19:52 18.11.2021
200
İngiltərənin "Mançester Yunayted" klubunun rəhbərliyi baş məşqçi Ule-Qunnar Sulşeri istefaya göndərmək qərarına gəlib.

"Qırmızı şeytanlar" 48 yaşlı mütəxəssisə əvəzedici tapdıqdan sonra qəti tədbirlər görüləcək.

Norveçli baş məşqçi ilə əməkdaşlığın davam etdirilməsində mühüm amil klubun UEFA Çempionlar Liqasındakı nəticələridir. Komanda Avropanın bir nömrəli klub turnirinin qrup mərhələsində keçirdiyi 4 oyunda 7 xal toplayıb və F qrupunda liderdir.

Qeyd edək ki, "qırmızı şeytanlar" Premyer Liqada 11 turdan sonra 17 xalla 6-cı pillədə qərarlaşıb.

OXŞAR XƏBƏRLƏR