Maqsud hansı müğənniləri şantaj edib? - “Deyirdilər ki, qızım var, istəmirəm bu videonu görsün“

MAQAZİN
20:44 20.09.2021
4593
"Mən sosial şəbəkə hesabımda Maqsud Mahmudovun səs yazısını paylaşmışdım”.

AZXEBER.COM Yenisabah.az-a istinadən xəbər verir ki, bunu prodüser, teleaparıcı Tarix Əliyev (Tolik) bildirib. 

O da dələduzluqda ittiham olunaraq Ukraynadan Azərbaycana gətirilən şəxsdən yanıqlı imiş.

Tolik Maqsud Mahmudovun vaxtilə onu da təhqir etdiyini deyib:

"Mənə mesaj göndərmişdi ki, sən yaxşı oğlansan, xeyirxah işlərlə məşğul olursan, illərdir bir-birimizi tanıyırıq və s. və i.a. Amma sonra məni təhqir etməyə başladı. Yeganə ölkə Azərbaycandır ki, burada müxalifətçilər öz iradlarını söyüşlə ifadə edirlər. Müxalifət də, iqtidar da hər ölkədə var, lakin heç bir Azərbaycandakı kimi müxalifət narazılığını təhqirlə çatdırmır. Özünü siyasi bloger adlandıran bəzi "kişiciklər”imizə isə əmin olun ki, havadarları ev tapşırığı verir. Onların çıxışlarına diqqətlə fikir versəniz görərsiniz ki, hər birinin qarşısında vərəq var və dediyini oradan oxuyur”.

Prodüser bəzi müğənnilərin öz maraqları üçün Maqsuda maddi dəstək olduğunu açıqlayıb:

"Maqsud Mahmudov da siyasətdən bixəbər adam olsa da, özünü "siyasi bloger” adlandırırdı. Vaxtilə ölkədə qızıl alveri ilə məşğul olurdu, lombardı vardı və camaatın pulunu yeyib ölkədən qaçmışdı. Bakıda bəzi müğənnilərlə tanışlığı var idi deyə, gedən kimi başladı onlar haqda ifrat dərəcədə pis şeylər deməyə. Təəssüf ki, Azərbaycanda on minlər qazanan, qazancının 10 faizini belə vergi verməyən, ən azı "Əməkdar artist” fəxri adını almaq istəyənlər bu tip reketçilərə pul verir, özlərinə təriflər yağdırdıb, rəqiblərini alçaldırlar. 

Mən də elə bir müğənni tanıyıram, adını çəkməyəcəyəm. Bildiyimə görə, özünün söyüşlərini sildirməyə görə onlarla əlbir olub guya hansısa qazinin əməliyyat xərcini ödəmişdi. 

Bəzi qadın müğənnilərə irad bildirəndə deyirdilər ki, "qızım böyüyür, sabah oğlum qız alacaq, istəmirəm belə videolarım xoşbəxtliklərinə mane olsun”.

Maqsud Mahmudov da reketçi idi, tutulmasına yox, ifşa olunmasına sevinirəm.Bu adamlar hansı pulla özlərinə necə studiya yaradırlar? Onlar maliyyələşdirən kimlərdir? 

Sevinc Osmanqızı Amerikaya getdi, özünə yutub televiziya açdı. Mənim ona jurnalist kimi böyük hörmətim var, amma, Sevinc xanım, bu necə olur, pulu rahatlıqla necə tapırsız? Qısası, haradan maliyyələşdiniz? Necə oldu ki, gedən kimi hazıra nazir oldunuz? Kamera, studiya, yutub televiziya göydən zənbillə düşdü?”.

Tolik sözügedən blogerlərə dəstək olan məşhurların da ifşa olunmasını istəyib:

"Həmin blogerlərə dəstək olan müğənnilər də ifşa olunmalıdır. Qoy insanlar görsünlər ki, ölkədə nə qədər saxta vətənpərvər var. Əyninə hərbi forma geyinib, vətənpərvərlik mahnısı oxuyan düşmənləri saymaqla bitmir!”

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:03 24.10.2021

Somalidə hərbçilərlə yaraqlılar arasında toqquşmalar zamanı 30 nəfər ölüb

21:33 24.10.2021

"Ərdəbildən Azərbaycana dəmir yolu xətti çəkiləcək”

21:13 24.10.2021

Rövşən Məmmədov: "Azərbaycan Türk Şurasının mediaforumunda təkliflər irəli sürüb"

20:58 24.10.2021

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO

20:52 24.10.2021

Əfqanıstanda İŞİD-in 50 üzvü hakimiyyət orqanlarına təslim olub

20:40 24.10.2021

Metroda tutulan koronavirus xəstəsi: “Hava almağa çıxmışdım” - FOTO

19:16 24.10.2021

İsveçdə qətlə yetirilən soydaşımızın cənazəsi Azərbaycana gətiriləcək

18:51 24.10.2021

Türkiyə DİN-dən əməliyyat: 813 nəfər axtarışda olan şəxs saxlanıldı, 19 itkin düşmüş şəxs tapıldı

18:33 24.10.2021

Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılışında çıxış edəcək

17:34 24.10.2021

Bakıda dəhşətli hadisə: Məşhur bloqqer intihar etdi - FOTO

17:06 24.10.2021

Azərbaycanda ilk dəfə Zəfər Tibb Simpoziumu keçiriləcək

16:43 24.10.2021

Yaqub Zurufçunun ölümündən 40 gün ötür

16:13 24.10.2021

İranda koronavirusdan daha 171 nəfər öldü

15:59 24.10.2021

Azərbaycanlı alim vəfat etdi - FOTO

15:42 24.10.2021

“WhatsApp” istifadəçilərinin nəzərinə: Hamının gözlədiyi funksiya gəlir

15:21 24.10.2021

Ehtiyatda olan bir qrup hərbi vəzifəlilər təlimə çağrılır - Müdafiə Nazirliyindən açıqlama