Marsol Academy-nin Amerika Yay Məktəbi proqramı uğurla yekunlaşdı - FOTOLAR

Marsol Academy-nin Amerika Yay Məktəbi proqramı uğurla yekunlaşdı - FOTOLAR
İQTİSADİYYAT
16:12 21.07.2026
371
Marsol Academy tərəfindən təşkil olunan Amerika Yay Məktəbi proqramı iştirakçılar üçün 15 gün ərzində təhsil, səyahət, mədəniyyət və əyləncə ilə zəngin bir təcrübə oldu.

AZXEBER.COM xəbər verir ki, proqram müddətində iştirakçılar ingilis dili dərsləri ilə yanaşı  müxtəlif praktiki tapşırıqlar, oyunlar, idman fəaliyyətləri və maarifləndirici gəzintilərdə iştirak edərək həm biliklərini artırdılar, həm də sosial bacarıqlarını inkişaf etdirdilər. Fərqli mühitdə keçirilən bu fəaliyyətlər onların beynəlxalq səviyyədə yeni təcrübələr qazanmasına şərait yaratdı.

Yay məktəbi çərçivəsində iştirakçılar New York, Boston, Niagara Falls və Washington D.C. kimi şəhərlərə səfər etdilər. Times Square, Brooklyn Bridge, New York Public Library – Stephen A. Schwarzman Building, SUMMIT One Vanderbilt, Madame Tussauds, Museum of Science, MIT (Massachusetts Institute of Technology), Harvard University, Niagara Falls, U.S. Capitol, Washington Monument və digər məşhur məkanları ziyarət etdilər.

Səfərlər zamanı iştirakçılar elm, texnologiya, tarix, mədəniyyət və universitet həyatı haqqında yeni biliklər qazandılar. MIT (Massachusetts Institute of Technology) və Harvard kimi nüfuzlu universitetlərin kampusları ilə tanış olmaq, tələbələrlə ünsiyyət qurmaq və fərqli akademik mühiti yaxından görmək onlar üçün motivasiyaedici təcrübə oldu.

Proqramın son günündə iştirakçılar sertifikatlarla təltif olunaraq Amerika Yay Məktəbini uğurla başa vurdular. Marsol Academy olaraq iştirakçılarımızı təbrik edir, onlara gələcək təhsil həyatlarında uğurlar arzulayırıq.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR