Marsol Group Berlin-də azərbaycanlı və türkiyəli iş adamları ilə görüş keçirdi

Marsol Group Berlin-də azərbaycanlı və türkiyəli iş adamları ilə görüş keçirdi
İQTİSADİYYAT
15:21 25.10.2025
255
24 oktyabr tarixində Marsol Group-un Avropa səfəri çərçivəsində Almaniyanın paytaxtı Berlin şəhərində Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin müavini Samir Rzayev, Marsol Group-un partnyorları, eləcə də Almaniyada fəaliyyət göstərən azərbaycanlı və türkiyəli iş adamlarının iştirakı ilə axşam ziyafəti formatında işgüzar görüş keçirilib.

Tədbirdə çıxış edən İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev İCMA və Marsol Group-un fəaliyyəti, sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən layihələr, eləcə də Avropa səfərinin məqsədləri barədə məlumat verib. O, səfərin əsas məqsədinin Azərbaycan sahibkarlarının beynəlxalq əlaqələrinin genişləndirilməsi, Avropa bazarlarına çıxış imkanlarının artırılması və qarşılıqlı əməkdaşlığın gücləndirilməsi olduğunu vurğulayıb.

Azərbaycanın Almaniyadakı səfirinin müavini Samir Rzayev çıxışında Almaniyada fəaliyyət göstərən azərbaycanlı iş adamlarına yaradılan şərait, səfirliyin bu istiqamətdə həyata keçirdiyi dəstək mexanizmləri və yeni layihələr barədə danışıb.

Tədbir çərçivəsində iştirak edən sahibkarlar öz fəaliyyət istiqamətləri barədə məlumat verərək qarşılıqlı tanışlıq aparıblar. Görüş zamanı Avropada biznes imkanları, potensial əməkdaşlıq istiqamətləri və təcrübə mübadiləsi mövzularında səmərəli müzakirələr aparılıb.

Axşam ziyafəti səmimi və işgüzar atmosferdə keçib, iştirakçılar arasında yeni əlaqələrin qurulmasına və gələcək əməkdaşlıq perspektivlərinin formalaşmasına imkan yaradıb.
 








OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
16:40 08.11.2026
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
16:34 08.11.2026
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
Türkiyə Ağdamda yeni məktəb inşa edir
16:30 08.11.2026
Türkiyə Ağdamda yeni məktəb inşa edir