Bakıda sərnişin avtobusunda oğurluq olub.AZXEBER.COM-un məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.Məlumata görə paytaxtın M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində, Bakı şəhər sakini Məhəmməd Lətifovun idarə etdiyi 79 №-li xətt avtobusundan pul oğurlanıb.Metropolitendə PŞ və Binəqədi RPİ 4-cü PB əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq edən Bakı şəhər sakini Azər Zeynalov tutulub.Hazırda faktla bağlı araşdırma aparılır.