Mayın 4-də saat 16:00 radələrində Masallı rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayon Polis Şöbəsindən verilən məlumata görə, Qodman kənd sakini 1980-ci il təvəllüdlü İrşad Mürşüdov öz əmisi qızı 1980-ci ildə anadan olmuş Mürşüdova Ətirə Müqəddəs qızını bıçaqlayıb. Ə.Mürşüdova çoxlu qan itirmiş halda, ağır vəziyyətdə Masallı şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər vəziyyəti kritik olan qadının həyatını xilas etməyə çalışırlar.