Masallıda ağır yol qəzası: 9 nəfər yaralandı

Masallıda ağır yol qəzası: 9 nəfər yaralandı
Bütün Xəbərlər
14:15 25.12.2012
1187
Masallı rayonunda ağır yol-nəqliyyat qəzası baş verib.Hadisə bu gün saat 13.00 radələrində Ələt- Astara magistral yolunun Masallı rayonunun Xıl kəndindən keçən hissəsində qeydə alınıb.Hərəkətdə olan “Opel” markalı, 50 BV 369 dövlət nömrə nişanlı minik avtomobili qarşıdan gələn 10 MT 183 dövlət nömrə nişanlı mikroavtobusla toqquşub.Nəticədə hər iki avtomaşında olan şəxslərdən 9-u müxtəlif dərəcəli bədən xəsarətləri ilə Səhiyyə Nazirliyi Masallı Rayonlararası Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR