Masallı rayonu, Məmmədxanlı kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus “VAZ” markalı minik avtomobili kanala aşıb. AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, nəticədə, sürücü - 1969-cu il təvəllüdlü İlqar Məhəmməd oğlu İmanov hadisə yerində ölüb. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə İ.İmanovun cəsədini avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil verib.Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.