Masallıda avtomobil kanala aşdı, 1 nəfər öldü

Masallıda avtomobil kanala aşdı, 1 nəfər öldü
Bütün Xəbərlər
15:23 09.02.2012
1094
Masallı rayonu, Məmmədxanlı kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus “VAZ” markalı minik avtomobili kanala aşıb.  AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, nəticədə, sürücü - 1969-cu il təvəllüdlü İlqar Məhəmməd oğlu İmanov hadisə yerində ölüb. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə İ.İmanovun cəsədini avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil verib.Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
OXŞAR XƏBƏRLƏR