Masallıda avtomobil kanala aşdı, sürücü öldü

Masallıda avtomobil kanala aşdı, sürücü öldü
SOSİAL
09:53 02.06.2020
438
Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) AZXEBER.COM-a bildirilib ki, rayonun Ərçivan kəndində LADA markalı minik avtomobili yol kənarındakı su kanalına aşıb.

Hadisə yerinə cəlb olunan Cənub Regional Mərkəzinin xilasediciləri avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü Kərimov Müşviq Nəsir oğlunun meyitini su kanalından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
OXŞAR XƏBƏRLƏR