Bu gün Masallı rayonunun Qızılağac kəndində Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində (rayon mərkəzindən 24 km aralı) yanğın olub AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ilkin məlumata görə, yaşayış üçün istifadə olunan ümumi sahəsi 16 kv.m olan vaqon tipli otaq yanıb, içərisində olan 2 nəfər azyaşlı uşaq ölüb.Yanğınsöndürənlər hadisə yerinə çağırılmayıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.