Masallıda gənc oğlan özünü asdı, amma ölmədi

Masallıda gənc oğlan özünü asdı, amma ölmədi
Bütün Xəbərlər
12:20 28.09.2014
1521
Faktla bağlı araşdırma aparılır.
Masallıda intihara cəhd faktı qeydə alınıb.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə sentyabrın 27-də axşam saatlarında rayonun Kalinovka kəndində baş verib.
Kənd sakini, 1990-cı il təvəllüdlü Əlyar Şakir oğlu Fərəcov özünü yaşadığı evdə asıb. Yaxınları tərəfindən asılmış vəziyyətdə aşkarlanan Ə.Fərəcov dərhal Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən şəxsin vəziyyətinin ağır olduğu bildirilir. Onun intihara cəhd etməsinin səbəbi açıqlanmır.
Faktla bağlı rayonun hüquq mühafizə orqanlarında araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR