Masallıda itkin düşən şəxs Bakıda tapıldı

Masallıda itkin düşən şəxs Bakıda tapıldı
SOSİAL
23:26 04.11.2026
169
Masallı rayonunda 15 yaşlı şəxsin itkin düşməsi ilə bağlı yayılan məlumatlar əsasında araşdırma aparılıb.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində yeniyetmənin yeri müəyyən edilərək aidiyyəti üzrə təhvil verilib.

Araşdırmalar zamanı şəxsin itkin düşməsi faktında cinayət tərkibinin olmadığı müəyyən edilib. Həmçinin məlum olub ki, o, bundan əvvəl də dəfələrlə valideynlərinə xəbər vermədən yaşadığı evi tərk edib.
OXŞAR XƏBƏRLƏR