Masallıda yanacaq daşıyan maşın 'Jiquli' ilə toqquşdu: yaralananlar var

Masallıda yanacaq daşıyan maşın
Bütün Xəbərlər
10:18 07.05.2013
961

Masallı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM-un məlumatına görə, özəl şirkətə məxsus yanacaq daşıyan maşınla “Jiquli”nin toqquşması nəticəsində 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Ağır yol-nəqliyyat hadisəsi Masallı rayonunun Qəriblər və Xəlifəli kəndlərini birləşdirən çınqıl yolda qeydə alınıb.Hələlik sürücüsü məlum olmayan özəl şirkətlərdən biri üçün yanacaq daşıyan “QAZ-52” markalı yük maşını, Masallının Şıxlar kənd sakini 38 yaşlı Azər Mirzə oğlu Mirzəyevin idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili ilə toqquşub.Güclü zərbənin təsirindən “VAZ-2107” markalı avtomobil deformasiyaya uğramaqla onun sürücüsü və sərnişini, rayonun Qəriblər kənd sakini, 33 yaşlı Saleh İsrafil oğlu Mehdiyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıblar.Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunduqdan sonra hər iki yaralı xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildən çıxarılaraq Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Masallı Regional Məntəqəsinin əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb. Onların vəziyyətləri hazırda orta-ağır kimi qiymətləndirilir.Hadisə ilə bağlı əraziyə baxış keçirilib. İlkin versiyada qəzaya səbəb “VAZ-2107” markalı avtomaşının döngədə düzgün manevr edə bilməməsi göstərilir.Hazırda faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR