Masallının daha bir yaşayış məntəqəsinə - mərkəzdən 20 km aralıda yerləşən Eminli kəndinə təbii qaz verildi.
Adıçəkilən kənddə sovet dövründə belə mavi yanacaq olmayıb.AZXEBER.COM-un məlumatına görə, ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı keçirilən açılış mərasimində çıxış edən sakinlər, kəndin mavi yanacaqla təmin edilməsini əlamətdar hadisə kimi qiymətləndirib, onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər.Qeyd olundu ki, sovet dövründə belə sözügedən kənddə mavi yanacaq olmayıb. Sakinlər uzun illər maye qazdan və odun sobalarından istifadə etməklə keçiniblər. Qeyd edək ki, Eminli kəndində 175 mənzil sayğaclaşdırılıb, müxtəlif diametrli borularla yeni xətlər çəkilib. Hazırda rayonun 64 kəndi mavi yanacaqla təmin edilib. Bu da rayon üzrə qazlaşmanın 68,5 faizini təşkil edir. 2013-cü ilin sonuna kimi rayonun digər yaşayış məntəqələrinin də qazlaşdırılması nəzərdə tutulub.