Masazırda baş verən partlayışda xəsarət alanlardan biri ölüb

Masazırda baş verən partlayışda xəsarət alanlardan biri ölüb
Bütün Xəbərlər
13:31 13.12.2013
543
Abşeron rayonu Masazır qəsəbəsində baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
AZXEBER.COM Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 12-si saat 03:00 radələrində Abşeron rayonu Masazır qəsəbəsi Aşıq Ələsgər küçəsində yaşayan Mübariz Şərifovun evində təbii qazın sızmasından partlayış baş verib.
Orada kirayədə yaşayanlar - qəsəbə sakinləri Cavid Zəliyev, arvadı Nailə və oğlu Rüstəm yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq, Rüstəm Zəliyevin həyatını qurtarmaq mümkün olmayıb və o xəstəxanada ölüb.
OXŞAR XƏBƏRLƏR