Masazırda iki qadın qətlə yetirildi

Masazırda iki qadın qətlə yetirildi
HADİSƏ
12:32 11.04.2026
1040
Abşeron rayonunun Masazır qəsəbəsində iki qadın qətlə yetirilib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, Abşeron rayonu, Masazır qəsəbəsində 39 və 30 yaşlı iki şəxsə kəsici-deşici alətlə xəsarət yetirilməsi və onların hadisə yerində ölməsi barədə polisə məlumat daxil olub.

Hazırda polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

OXŞAR XƏBƏRLƏR