Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində avtomobildə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, hadisə yerinə əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində "Mercedes Vito” markalı avtomobildə baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Xəsarət alan olmayıb.











































