Masazırda yeni sürüşmə faktı aşkarlandı

Masazırda yeni sürüşmə faktı aşkarlandı
Bütün Xəbərlər
10:05 14.03.2012
1706

Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində yeni sürüşmə aşkarlanıb. Bunu çərşənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev deyib.

Onun sözlərinə görə, bu ərazidə ilk dəfə sürüşmə sahəsi aşkarlanıb. Sürüşmə Masazır qəsəbəsində Duz gölünün qərb tərəfində - yamac hissədədir. Artıq bu ərazidə sürüşmənin aktiv baş verməsi haqqında müvafiq orqanlara məlumat verilib. Bu, yaxınlıqda yerləşən fərdi yaşayış evləri üçün ciddi fəsadlar yarada bilər.

OXŞAR XƏBƏRLƏR