Bu avtobus marşrutu dəyişir – Yeni xətlər yaradılır

Bu avtobus marşrutu dəyişir – Yeni xətlər yaradılır
SOSİAL
14:33 17.07.2026
1622

Abşeron rayonunun Masazır kəndi ilə metronun "Memar Əcəmi” stansiyasını əlaqələndirən 525 nömrəli müntəzəm marşrutun fəaliyyəti təkmilləşdirilir.


AZXEBER.COM xəbər verir ki, dəyişikliklər iyulun 18-dən qüvvəyə minəcək. Məqsəd "Zəngilan şəhərciyi” yaşayış kompleksi sakinlərinin səfər müddətini azaltmaq, həmçinin "Yeni Bakı” və "Qurtuluş-93” yaşayış komplekslərinin sakinlərinin marşrut istiqamətinin müəyyən edilməsində yaranan çətinlikləri aradan qaldırmaqdır.


Bununla əlaqədar 525 nömrəli marşrut 525A və 525B olmaqla iki istiqamət üzrə fəaliyyət göstərəcək.


Marşrutlar üzrə sərnişinlərə CNG texnologiyası ilə təchiz edilmiş 28 ədəd "King Long” markalı avtobus xidmət göstərəcək. Avtobuslarda ödəniş nağdsız qaydada həyata keçiriləcək.


525A nömrəli marşrut Masazır kəndindəki "Yeni Bakı” yaşayış kompleksindən başlayaraq metronun "Memar Əcəmi” stansiyasına qədər hərəkət edəcək. Avtobuslar 6-7 dəqiqə intervalla fəaliyyət göstərəcək. Gedişhaqqı 0,60 manat olacaq.


525B nömrəli marşrut isə "Zəngilan şəhərciyi” yaşayış kompleksindən başlayaraq "Memar Əcəmi” stansiyasına qədər hərəkət edəcək. Bu istiqamət üzrə avtobuslar 10 dəqiqə intervalla işləyəcək. Gedişhaqqı 0,60 manat müəyyən edilib.


Bundan əlavə, Masazır kəndi daxilində "Yeni Bakı” yaşayış kompleksindən "Zəngilan şəhərciyi” yaşayış kompleksi istiqamətində sərnişindaşımanın təmin edilməsi məqsədilə 524 nömrəli marşrut da fəaliyyət göstərəcək. Bu marşrut üzrə gedişhaqqı 0,50 manat təşkil edəcək.

 
 
 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ərdoğan Makronu COP31 Liderlər Sammitinə dəvət edib
21:58 27.10.2026
Ərdoğan Makronu COP31 Liderlər Sammitinə dəvət edib
1707-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
21:53 27.10.2026
1707-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
Səhiyyə Nazirliyinin sözçüsü Pərviz Abubəkirov vəzifəsindən gedir
21:45 27.10.2026
Səhiyyə Nazirliyinin sözçüsü Pərviz Abubəkirov vəzifəsindən gedir
Finlandiya və Norveç vasitəçi olmaq istəmir
21:30 27.10.2026
Finlandiya və Norveç vasitəçi olmaq istəmir
Qrossi İranın nüvə obyektlərinin yoxlanılmasını tələb edib
21:22 27.10.2026
Qrossi İranın nüvə obyektlərinin yoxlanılmasını tələb edib
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
21:14 27.10.2026
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
21:09 27.10.2026
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Ramiz Mehdiyevə verilən şərti həbs cəzası nə deməkdir?  - Hüquqi izah
21:03 27.10.2026
Ramiz Mehdiyevə verilən şərti həbs cəzası nə deməkdir? - Hüquqi izah
Rusiya Britaniyanın hərbi sənaye müəssisələrinin bir sıra rəhbərlərinə sanksiya tətbiq edib
20:58 27.10.2026
Rusiya Britaniyanın hərbi sənaye müəssisələrinin bir sıra rəhbərlərinə sanksiya tətbiq edib
Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
20:53 27.10.2026
Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib
20:47 27.10.2026
Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib
Bakıda su satışı aparatlarından oğurluq edən üç nəfər həbs olunub
20:39 27.10.2026
Bakıda su satışı aparatlarından oğurluq edən üç nəfər həbs olunub
Ramiz Mehdiyev ilə bağlı qərar verildi - Bütün əmlakları…
20:34 27.10.2026
Ramiz Mehdiyev ilə bağlı qərar verildi - Bütün əmlakları…
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
20:31 27.10.2026
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Kamran Əliyev Aleksandr Zuyevlə terrorçuluğa qarşı mübarizəni müzakirə edib
20:29 27.10.2026
Kamran Əliyev Aleksandr Zuyevlə terrorçuluğa qarşı mübarizəni müzakirə edib
Azərbaycan-Uqanda arasında hüquq-mühafizə sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
20:23 27.10.2026
Azərbaycan-Uqanda arasında hüquq-mühafizə sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib