"Maşın" şou iştirakçılarının hansı markalı avtomobilləri var? - SİYAHI

"Maşın" şou iştirakçılarının hansı markalı avtomobilləri var? - SİYAHI
MAQAZİN
18:33 09.06.2017
20226
Maşın” şou da iştirak edən iştirakçıların hansı markalı avtomobili var
 
ATV-də yayımlanan "Maşın” şou davam edir. Hazırda şou 5 iştirakçı ilə davam edir.
 
AZXEBER.COM şou iştirakçılarının sahib olduğu avtomobillərlə bağlı kiçik araşdırma edib. Görəsən, maşına görə bir-birini qıran məşhurlar hansı markalı avtomobilə sahibdirlər.
 
Ən maraqlı tərəf odur ki, hazırda sona qalan 5-likdən cəmi iki iştirakçının avtomobili var. 
 
"Maşın”-ın güclü iştirakçısı aktyor Elcan Rəsulov "Rang Rover Sport 2016” markalı avtomobilə sahibdir.
 

 
Sakit oyunu ilə finala ən real namizəd aktyor Fərda Xudaverdiyevdir. Yumor ustası "BMW X5” ağ avtomobil idarə edir.
 

 
Rəqqasə Oksana Rəsulova isə hazırda avtomobilsiz. O "Şər qarışanda " filmini çəkmək üçün avtomobilini satıb. Bu film də uğursuz olduğuna görə Oksana avtomobilini bərpa edə bilməyib.
 
Rejissor Aqil M. Quliyev də rəqqasə kimi vətəndə az olduğundan avtomobilsizdir. Türkiyədə yaşayan rejissorun çalışdığı şirkət tərəfindən şəxsi sürücüsü var.
 
Digər maşınsız iştirakçı hər kəsə bəllidir. Aktyor İslam Mehriyevin maşınsız olduğu hər gün dəfələrlə deyilir. 
 
Nazim Qasımzadə,
AZXEBER.COM
 

OXŞAR XƏBƏRLƏR