Maşın uşağı valideynlərinin yanında vurdu

Maşın uşağı valideynlərinin yanında vurdu
Bütün Xəbərlər
00:01 27.06.2014
2310

Göyçayda 5 yaşlı uşağı avtomobil vurub. 

AZXEBER.COM məlumatına görə, rayon polis şöbəsindən APA-ya bildirilib ki, hadisə bu gün səhər saat 12:00 radələrində Mırtı kəndi ərazisində baş verib. Göyçay rayon sakini Hacıağa Xudiyev idarə etdiyi “VAZ–2106” markalı minik avtomobili ilə valideynləri ilə yolu keçən piyada Mırtı kənd sakini 5 yaşlı İsayeva Mədinə Nəzər qızını vurub.  

Yaralı dərhal Göyçay Rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə uşağın alın və baş nahiyəsinə tikiş vurulub və lazımı tibbi yardım göstərilib. Hazırda vəziyyəti orta ağırdır. Hadisənin baş vermə səbəbinə gəldikdə isə bunu həm valideyn səhlənkarlığı, həm də sürücünün sürət həddini aşması ilə əlaqələndirirlər.  

Faktla bağlı Göyçay rayon polis şöbəsində araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR