Maşında yanan gənc qızın vəziyyəti ağırdı

Maşında yanan gənc qızın vəziyyəti ağırdı
Bütün Xəbərlər
00:15 01.10.2014
2175
Bakı-Quba yolunda dəhşətli yol qəzası baş verıb.
ANS TV-nin məlumatına görə, qəzaya uğramış maşının qəflətən alışması sürücünün diri-diri yanmasına səbəb olub. Hacı Zeynalabdin Tağıyev qəsəbə siərazisində Mansur Yaqubovun idarə etdiyi “Mercedes” markalı avtomobil qəzaya uğrayıb. Daha sonra avtomobil qəflətən alışmağa başlayıb.
Şahidlərin və hadisə yerinə cəlb olunan xilasedicilərin verdiyi məlumata görə, sürücü Mansur Yaqubov maşında sıxışıq qaldığından o, maşında yanaraq kül olub. Avtomobildə olan digər şəxs Lalə Xanıyeva isə ağır yanıq xəsarətləri ilə Sumqayıt Şəhər Xəstəxanasına çatdırılıb. Hadisə yerinə isə FHN-nin və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları cəlb olunub.
Sumqayıt YMX-nin qərargah rəisi Mirfuad Mahmudovun sözlərinə görə, ehtimal olunur ki, avtomobil yolda olan dəmir maniyələrə dəyərək qəza şəraiti yaratmış və nəticədə avtomobil yanmışdı.
Bədəninin 90 faizi yanan gənc xanım Lalə Xanıyevanın vəziyyəti olduqca ağırdır.
Həkim Rauf Ağayevin sözlərinə görə, xəstə reanimasiy şöbəsinə qəbu olunub, hazırda xəstəyə reanimasiyon tədbirlər görülür, şok əlehinə tədbirlər görülür, müalicə prosesi isə davam etdirilir.
Qəza ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırmalar aparılır. Hadisənın səbəblərini müəyyən etmək üçün ekspertizalar təyin ediləcək.
OXŞAR XƏBƏRLƏR