Maşınların arxa yan şüşələrində jalyuzilərə icazə verildi

Maşınların arxa yan şüşələrində jalyuzilərə icazə verildi
Bütün Xəbərlər
17:52 15.04.2013
19351
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin əmri ilə AZS 122-2004 "Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi. Ümumi texniki şərtlər" dövlət standartına dəyişikliklər edilib. Komitənin mətbuat xidmətindən  Dəyişikliklərə əsasən, nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyəti 70%-dən az olmamalıdır.Həmçinin Azərbaycan Respublikasının iqlim şəraitini nəzərə alaraq, hər il 1 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalyuzlərin istifadəsinə icazə veriləcək.Təsdiq edilmiş dəyişikliklərin ölkə ərazisində tətbiqinin vaxtı 1 may 2013-cü il tarixindən müəyyən edilib.
OXŞAR XƏBƏRLƏR