Mask: Kiyev "Starlink"dən istifadə şərtlərini pozub

Mask: Kiyev "Starlink"dən istifadə şərtlərini pozub
DÜNYA
23:28 24.10.2026
196
"SpaceX"in təsisçisi İlon Mask Ukraynanın "Starlink" peyk sisteminin istifadə şərtlərini pozduğunu və bunun nəticəsində peykin fəaliyyətini məhdudlaşdırdığını bildirib.

Mask "X"də yazıb: "Ukrayna ordusu "Starlink"in istifadə şərtlərini pozub və ondan insanları öldürmək məqsədi daşıyan hücum dron hücumları üçün istifadə edib. Bu boşluq ötən həftə aradan qaldırılıb. "Starlink" Ukraynanın müdafiəsi üçün çox vacibdir. Əgər Starlink sıradan çıxarılarsa, Ukraynanın cəbhə xətti dərhal dağılacaq. Bu, təhdid deyil, sadəcə bir faktdır".

Mask real həllər təklif etmədən Ukraynadakı münaqişənin qeyri-müəyyən müddətə davam etməsini müdafiə edənləri sərt tənqid edib: "Sonsuz qırğını müdafiə edən və münaqişəyə real həll yolu təklif etməyən ikiüzlü, kinli müharibə qızışdırıcılarına qarşı tamamilə nifrətim var. Cəhənnəmdə yanın".
 
///teleqraf///
OXŞAR XƏBƏRLƏR