Materazzi Zidana bacısı ilə bağlı nə demişdi? - 13 il sonra etiraf etdi

Materazzi Zidana bacısı ilə bağlı nə demişdi? - 13 il sonra etiraf etdi
İDMAN
14:54 10.07.2019
4662
2006-cı ilin Dünya Çempionatında turnirin özündən daha çox yadda qalan məqam Zinəddin Zidan və Marko Materazzi hadisəsi olmuşdu. Həmin epizodda Zidan onu və ailəsini təhqir etdiyi üçün Materazziyə kəllə vurmuşdu.

İlgili resim
Uzun müddət Zidan Materazzi onun anasını və bacısını təhqir etdiyi üçün üzr istəməyəcəyini demiş, Materazzi isə Zidana dediyi ifadənin futbolçuların meydanda bir-birlərinə qarşı tez-tez işlətdiklərini demişdi.

Materazzi həmin finalın məhz bu insidentlə xatirələrdə qalmasından təəssüfləndiyini dilə gətirmişdi. İtalyan futbolçu Marko Materazzi finaldan 2 ay sonra Gazzetta dello Sport nəşrinə açıqlamasında Zidanın bacısına ünvanlı cinsəl ifadə işlətdiyini etiraf etmişdi: "Zidanla oyun epizodunda formasından çəkdim. Ardınca Zidan mənə tərəf dönərək, lağ edən tonda "formamı istəyirsənsə, onu sənə daha sonra verə bilərəm" dedi. Mən də cavab olaraq, 'bacını tərcih edərəm" dedim".

2006 world cup final zidane materazzi headbutt ile ilgili görsel sonucu
 
Ancaq Materazzi dediyi bu ifadəni Zidanın atmacasına qarşılıq məqsədi ilə dediyini və bunun provakasiya niyyəti ilə olmadığını bildirmişdi: "Gözəl bir cümlə olmadığını qəbul edirəm. Ancaq o zaman Zidannın bacısının olduğunu belə bilmirdim".

Zidan illər sonra etdiyi hərəkətə görə belə üzr istəmişdi: "Uşaqlardan, məşqçilərdən və futbolu inikal idman növünə çevirən bütün insanlardan üzr istəyirəm. Bu hadisə mənim futbolçu karyeramın bir hissədir. Əlbəttə, xoş olay deyil. Amma bu faktı qəbul etməliyik”.

İtaliya - Fransa finalında əsas və əlavə vaxt 1-1 hesabı ilə yekunlaşmış, penaltilər seriyasında İtaliya qalib gəlmişdi - 5-3. /// Goal.az

2006 world cup final zidane materazzi headbutt ile ilgili görsel sonucu
2006 world cup final zidane materazzi headbutt ile ilgili görsel sonucu
 
 
GOAL.az
OXŞAR XƏBƏRLƏR