“Mavilərdən, seksual azlıqlardan bəhs edən “Bu şəhərdə”yə getmək övladlarımın tərbiyəsini korlayır” - MÜSAHİBƏ

GƏNCLİK
12:30 10.10.2011
3102

“Tələbələr arasında teatra getmək bir dəb halını alıb

“Sual olunur ki, bizdə teatr tənqidçiləri varmı?

“Bir məmur balası altında bahalı maşınla gəzir...”

Azərbaycanda tələbələr arasında oxumamaq dəbə düşüb

Qadın paltarı geyinməklə tamaşaçı ilə nə qədər məzələnmək olar?

Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika Teatr Festivalı davam edir. Festivalla bağlı AZXEBER.COM portalı tanınmış kulturoloq Aydın Xan Əbilidən eksklüziv müsahibə alıb. AZXEBER.COM portalı həmin müsahibəni təqdim edir...

“Tələbələr arasında teatra getmək bir dəb halını alıb

- Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika Teatr Festivalıkeçirilir. Bir kulturoloq kimi bufestivala münasibətiniz?

- Bu festival özü maraqlı formata malikdir. Burada bizim cəmiyyəti düşündürən 2 qlobal problem öz həllini tapa bilər. Bilirsinizki, bizim həm Qarabağ problemimiz var, ikincisi isə, bildiyiniz kimi, hazırda cəmiyyətimizin mədəniyyətəolan marağı çox aşağıdır. Mobil telefonların, internetin və digər texnologiya alətlərinin bizim üzərimizdə olan təsirinin yüksək olması insanlarımızı tənbəlləşdirir. Bunun ən böyük səbəblərindən biri də odur ki, istər yerli telekanalların, istərsədə xarici telekanalların teatr səhnələrini yayımlamaları insanlarda teatra olan marağa çox böyük təsir edir. Xüsusən, gənclərin teatra olan marağı ölüb.

- Aydın bəy, sizcə, gənclərin teatra getməməsinin yeganə səbəbi budurmu?

- Əslində yox. Prinsip etibari ilə bu, məsələnin obyektiv tərəfidir. Subyektiv tərəfi isə estetik cəhətdən önəm daşıyan teatr əsərlərinin azlıq təşkil etməsi və kadr potensialının tam peşəkar olmamasıdır. Digər bir səbəbi isə budur ki, kəndlərdən şəhərə axışan bir çox insanlar şəhərdə olan mədəniyyət abu-havasını öldürdülər. Bildiyiniz kimi kəndlərin çoxunda teatrlar yox idi. Müharibə, sosial vəziyyətin ağır olamsı və buna bənzər bir neçə obyektiv səbəblər nəticəsində teatrlarımız boşaldı və gənclərin buna inamı öldü. İndi isə biz çalışmalıyıq ki, gəncləri teatrlara cəlb edib onlara teatrı sevdirək. Məhz bu layihə buna görə çox önəmlidir. Ancaq mən son zamanlar görürəm ki, tələbələr arasında teatra getmək bir dəb halını alıb. Bu da müsbət haldır ki, teatrlarda artıq gənclərimizidə görmək mümkündür.

- Sizcə, gənclər arasında teatr dəb halını alıb?

- Bəli, hazırda teatra getmək gənclərimiz üçün dəb halını alıb.

“Sual olunur ki, bizdə teatr tənqidçiləri varmı?

- Az öncə qeyd etdiniz ki, kənddən Bakıya gələnlərin çox olması mədəniyyətin inkişafına təsir göstərib. Necə düşünürsünüz, Azərbaycanda mədəniyyət bu günə qədər olubmu?

- İlk növbədə onu deyim ki, Axundovdan bu günə kimi bizdə peşəkar və akademik teatrlar fəaliyyətə başlayıb. Bu baxımdan Azərbaycan tamaşaçısı Avropa tamaşaçısından daha gəncdir. XX əsrin ortalarında - kinonun və radionun zəif inkişaf etdiyi zamanlarda Azərbaycanda teatrın çiçəklənmə dönəmi oldu. Bilirsiniz ki, bu günə kimi bizim meydan teatrlarımız, kəndlərdə olan teatrlarımız olub. Ancaq bunlar peşəkar fəaliyyət göstərmirdilər. XIX əsrin sonlarında bizdə peşəkar teatrlar yaranmağa başladı. Bu teatrlar isə bizdə ilk növbədə maarifçiliyin təbliğinə yönəldi . Axundov fikirləşirdiki, vizual şəkildə toplumu bir araya yığıb onlara sosial ismarıclar vermək daha böyük nəticələr doğura bilər. Çünki biri var kitabdan nəyisə oxuyub beynində onu qurasan, biridə var bunu tamaşa şəklində görəsən. İkinci tərəfdən, tamaşaçı formalaşdı. İnsanlar ən modern formada estetik zövqlərini formalaşdırmağa başladılar. Təbii ki, bizimkilərin intellektual səviyyəsi burada özünü büruzə verdi. Məsələn, teatra gedən xanımlarımız qızıl sırğalarını taxıb, şubalarını geyinib teatra gedirdilər.

- Teatrlarımız təmirdən təzəlikcə çıxıb və tamaşaçıları qəbul etməyə başlayıb. Bəs görünüşlə birlikdə teatrlarımızın içərisində dəyişikliklər varmı?

- Əslində, həmin format yenədə qalır.

- Yəni teatrlarımız Azərbaycansayağı formalaşıb?

- Bəli, hər şey mentalitet adı ilə Azərbaycansayağı formaya salınıb. Bunun ən böyük səbəbləri bizim teatrlarımızın sanki məmurlar tərəfindən inhisara alınmasıdır. İkinci bir tərəfi isə peşəkarların getdikcə bu mühitdən uzaqlaşmasıdır. Buna səbəb isə onların maddi vəziyyətlərinin yaxşı olmamasıdır. Buna görə onlar məcbur olurlar ki, kliplərdə, reklam çarxlarında, seriallarda oynayaraq, tamadalıq edərək ailələrini dolandıra bilsinlər. Buna görədə teatrdan uzaqlaşırlar. Digər bir tərəfdə isə sual olunur ki, bizdə teatr tənqidçiləri varmı? Təəssüflər olsunki, teatr tənqidçiləri, demək olarki, yox səviyyəsindədir. Ona görədə jurnalistlər, ədəbiyyatçılar, bloqqerlər teatr tənqidçisi formasında çıxış edirlər. Elə götürək ən axırıncı teatrda baş verən Nurəddin Mehdixanlı qalmaqalını. Bu kişi gedib, Yaltada oynuyub, birinci yer tutub, onun adını qoydular ki, səhnəyə içkili çıxıb. Qardaş, bu içibsə belə, bu adam birinci yeri tutub. Sən bu insanı niyə küsdürürsən axı?

- Bəlkə buna səbəb teatrın öz dövrünü bitirməsidir?

- Bəli, mən sizinlə razıyam. Artıq teatrlar öz dövrlərini getdikcə arxada qoyurlar. Hər şey keçmişdə qalır, teatrlarda tarixə çevrilməyə başlayıb.

- Bu təkcə Azərbaycan üçün keçərlidir?

- Xeyr, bu bütün dünya üçün belədir. Dünyada texnologiyanın inkişafı insanları tənbəlləşdirib. İnsanlar artıq 3 saat oturub teatra baxmaq istəmirlər.

- Aydın bəy, televiziya kəşf ediləndə bir çox insanlar radionun tarixə çevriləcəyinə inanırdılar. İndi isə internet media sürətlə inkişaf edir və bəzi insanlar qəzetin tarixə çevriləcəyini söyləyir. Buna münasibətiniz?

- Zaman kimin haqlı və haqsız olduğunu sübut edəcək. Mən sadəcə teatrların bu gün iflasının yeganə səbəbini texnologiyaların insanları tənbəlləşdirməsində görürəm. Buna görə düşünürəm ki, yaxın gələcəkdə insanlar əziyyət çəkib heç teatra belə getməyəcəklər.

“Bir məmur balası altında bahalı maşınla gəzir...”

- Sizcə, gənc kadrların incəsənətdə azlıq təşkil etməsi test sisteminin bir növbəti bəlasıdırmı?

- Xeyr, mən bu cür düşünmürəm. İncəsənət universitetində kifayət qədər potensiallı gənc rejissorlar və aktyorlar var. Birki ölkəmiz balaca ölkədir, bu qədər aktyorun olması kimə lazımdır.

- Aydın bəy, ölkənin böyüməsi üçün onun mədəniyyəti böyüməlidir. Bunun üçün isə onun peşəkar aktyorları və rejissorları festivallardan birinciliklə qayıtmalıdır. Sizcə, bu belə deyil?

- Bu gənclərin az olmasının səbəbi,əslində,ətraf mühitdən aslıdır. Məsələn, mədəniyyət universitetində oxuyan tələbə baxır ki, bir məmur balası altında bahalı maşınla gəzir və onun işləmədən ömrünün sonuna qədər bəs edəcək ehtiyat pulu var. Onlar oxumadan, heç bir savada malik olmadan cəmiyyətdə elitaya çevrilirlər. Ona görə də bu cür istedadlı və potensiallı gənclər daha çox gəlir gətirən sahələrə üz tuturlar.

- Siz bunun səbəbini bunda görürsünüz?

- Xeyr, mən bunun səbəblərindən biri kimi bu faktı söyləyirəm.

Azərbaycanda tələbələr arasında oxumamaq dəbə düşüb

- Sizcə, istedadlı insan öz istedadını bu qısqanclıq hissi ilə kölgədə qoya bilər?

- Bəli, niyədə olmur. Məgər bu cür hallar cəmiyyətdə azmı olub? Təbii ki, gənclərin bir çoxu bu fikirlə yaşayır. Birki, Azərbaycanda tələbələr arasında oxumamaq dəbə düşüb. Hazırda ən aparıcı universitetlərdən tutmuş dövlət universitetlərinə qədər, demək olar ki, tələbələrin əksətiyyərində oxumamaq dəbdədir. Aktyorluq və rejissorluq fakültəsində oxuyan gənclərin əksəriyyəti nəzəriyyəni bilmir. Buda çox pis bir haldır.

- Aydın bəy, aktyor üçün nəzəriyyə nə dərəcədə önəm daşıyır?

- Nəzəriyyə çox önəmlidir. Əgər o, dünya klassiklərinin əsərlərini bilmirsə və ya teatrın tarixinə aid bir məlumat haqqında bilgisi yoxdursa, bu zaman onun fəaliyyətini yarımçıq hesab etmək olar.

- Aktyor sadəcə çıxıb rolunu ifa edir. Onun Kafka haqqında məlumatının olub-olmamasınıntamaşaçı üçün nə əhəmiyyəti var?

- Xeyr, elə deyil. Türkiyədə Komedi Dükanı adlı bir veriliş gedir. Tolqa Çevik o verilişin aparıcısıdır. Siz fikir versəniz, görərsiniz ki, o aktyor nə qədər informasiyaya malikdir. Çox bilgili və intellektual bir gəncdir. Ona baxanda bizim Rafael-Coşqun və digər aktyorlar intellektual səviyyə baxımından çox aşağıdırlar.

Qadın paltarı geyinməklə tamaşaçı ilə nə qədər məzələnmək olar?

- Sizcə, Rafael-Coşqun, ironiya ilə ifadə etsək, Tolqa Çevikin yanında gülməlidirlər?

- Rafaellə Coşqunun səviyyəsi, təbii ki, ona baxanda çox aşağıdır. Qadın paltarı geyinməklə tamaşaçı ilə nə qədər məzələnmək olar? Daha ciddi şeylərlə insanları güldürmək olmazmı? Digərlərinində hamısı bu gündədir. Təsəvvür edin, Arif Quliyevdən üzü bu yana tutmuş heç bir ciddi komediya aktyoru bizim teatrlarda fəaliyyət göstərmir. Bu Şəhərdədən başqada hazırda yeniləri çıxıb.

- Zarafatsız deyilən bir verilişdə yayımlanır. Həmin verilişi də gənc aktyorlar aparır. Bəs onlara münasibətiniz?

- Elə onlarda Bu şəhərdə tipindədirlər. Çoxları yaranıb indi. Bu komediyanı nə qədər aşağı vəziyyətə salmaq olar?! Elə Bu şəhərdənin özündə. Siz onların iki tamaşasına ard-arda baxın. O zaman hər şey sizə aydın olacaq. Özünüz özünüzə güləcəksiniz ki, mən nə gündəyəm. Mən nəyə baxıram belə.

- Xatırladım ki, onların ssenarilərini bir insan yazır. Sizcə, bu əsas səbələrdən biri ola bilərmi?

- Təbii ki, bu da əsas səbəblərdəndir. Bir insan neçə ssenari fikirləşə bilər axı. Siz fikir verin onların səhnələrinə. Görün bir insan nə qədər tamada rolunda çıxış edə bilər. Biraz intellektual, biraz səviyyəli bir şey etmək olmazmı? Məsələn,biz Parni iz Bakuda səviyyəli bir şeylər görə bilirik.

- Aydın bəy, Rafael və Coşqunu xalq sevir və onlara gülür. Sizcə, onların konsertlərinə insanların axışması, disklərinin satılması onların günahıdır?

- Bilirsiniz, mən ən başdada qeyd etdim ki, bizdə tamaşaçı problemi var. Bizim insanlar özlərini yorub düşünməyi sevmirlər. Götürək elə mənim özümü. Facebook sosial şəbəkəsində 5000-ə yaxın dostum var. Təsəvvür edin, statusumda erotik bir şeylər yazan kimi və ya tənqidi bir şeylər yazan kimi 120-yə yaxın şərh gəlir. Ancaq hansısa bir intellektual mövzu ilə bağlı status yazanda görürəmki, 50 şərh gəlir. Görünür, insanlara ciddi yazılar oxutmaq mümkün deyil.

- Səmimi etiraf edin, övladlarınız Rafael və Coşquna baxır?

- Ölürlər onlar üçün(gülür). Hətta məni məcbur edirlərki, bizə Bu şəhərdənin konserti üçün bilet al.

- Bəs bilet almısınız?

- Xeyr, almamışam. Fikirləşirəmki, mavilərdən,seksual azlıqlardan bəhs edən “Bu şəhərdə”yə getmək övladlarımın tərbiyəsini korlayar. Hətta təklif edirəm ki, bu cür tamaşalara 16 yaşdan aşağı yaş məhdudiyyəti qoyulsun.

- Və sonda,yaradıcı gənclərə nə demək istərdiniz?

- Mən müsahibənin əvvəlində də qeyd etdim ki, bu festivalın keçirilməsi gözəl bir təşəbbüsdür. Bu festivalda əziyyəti keçən hər kəsi təbrik edirəm. Gənclərə isə onu demək istərdim ki, sadəcə gördükləri işləri sevsinlər və öz peşələrində peşəkar olmaq üçün işləsinlər. Düşünürəm ki, bu özü bir vətənpərvərlikdir.

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR