Mayın 1-dən Bakıda Rusiya istehsalı olan taksilər dövriyyədən çıxarılacaq
Bütün Xəbərlər
14:54 27.04.2012
1015
Mayın 1-dən Bakıda taksi kimi fəaliyyət göstərən Rusiya istehsalı olan avtomobillər tamamilə dövriyyədən çıxarılacaq. Bu barədə Azərbaycanın Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov məlumat verib."Nazirliyin təyin etdiyi tələblərə cavab verən başqa ölkələrin istehsalı olan avtomobillər hələlik paytaxtın küçələrində taksi kimi fəaliyyət göstərəcəklər", - Həsənov deyib.Bununla yanaşı, Nazirliyin nümayəndəsi qeyd edib ki, bunun yekunu olaraq Bakıda taksi kimi işləmək üçün yalnız beş min avtomobilin lisenziyası təsdiqlənəcək."Bu say Bakıda taksilərə tələbatı təmin etmək üçün kifayət edəcək", - Həsənov qeyd edib.