Mayya təqvimi ilə bağlı ən son iddiaYeni ilin gəlməsiylə Mayya təqviminin rəvayətləri haqda saysız nəzəriyyə ortaya çıxıb. AZXEBER.COM Qərb mətbuatına istinadən xəbər verir ki, Mayya təqviminə görə 2012-ci ildə dünyanın dağılacağı deyilirdi. Başqa bir rəvayətə görə isə 2012-ci ildə insanların xoşbəxtlik və inkişaf dövrünə girəcəyi söylənilirdi. Ən son nəzəriyyə isə düşünülənin əksinə təqvimin heç də əhəmiyyətli bir hadisəyə işarə etmədiyini qarşıya qoyub.Tanınmış astronom Robert Landaunun "Time" jurnalına verdiyi müsahibəyə görə, Mayya təqvimi hər hansı bir hadisənin başlanğıcını və sonunu göstərmir. Bir sözlə, bu ildə heç bir fövqəladə hadisə olmayacaq. Ozal İbrahimli