MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF-u ) 2012-ci il Fəaliyyət Proqramı Moskvada müzakirə edilir
MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF-u ) 2012-ci il Fəaliyyət Proqramına daxil edilməsiüçün üzv ölkələr tərəfindən təqdim olunan layihələrin müzakirəsi və seçiminin həyata keçirilməsi prossesi Rusiya Federasiyasının Moskva şəhərində 28 noyabr tarixində start götürən Beynəlxalq Ekspert komissiyasının növbəti iclasında aparılır.
AZXEBER.COM-un məlumatına görə, iclasda təhsil, mədəniyyət, gənclər, informasiya, kitabxana, kitab nəşriyyatı və s mövzular müzakirə olunur.
Tədbirdə Gənclər və İdman Nazirliyinin Yaradıcı Gənclərlə iş və asudə vaxtın təşkili sektorunun müdiri İndira Hacıyeva iştirak edir.
Tədbir bu gün öz işinə yekun vurur.
Qeyd edək ki, MDB ölkələri Dövlət Başçıları Şurasının müvafiq Qərarına əsasən 2012-ci il MDB məkanında İdman və Sağlam Həyat Tərzi İli elan olunub.